Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və YUNESKO-nun "Muğam dəstgahları" layihəsi çərçivəsində fevralın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam axşamı təşkil olunmuşdur.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Filarmoniyanın təşkilatçılığı ilə xalq artisti, Dövlət mükafatı laureatı, Bakı Musiqi Akademiyasının kafedra müdiri bəstəkar Arif Məlikovun müəllif gecəsi keçirilmişdir.
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkil etdikləri sərgi açılmışdır. Amma bu, qeyri-adi sərgidir, çünki bu dəfə burada rəssamın deyil, bəstəkarın çəkdiyi əsərlər nümayiş etdirilir.
2004-cü ilin avqustun 13-də YUNESKO-nun Baş direktoru Azərbaycan Mədəniyyətinin Dostları fondunun sədri Mehriban Əliyevaya YUNESKO-nun Xoşməramlı səfiri fəxri adı vermişdir.
Azərbaycanın uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz və əlil uşaqların "Dan ulduzu" birinci bədii yaradıcılıq festivalı başa çatmışdır.
Bakı Musiqi Akademiyasında gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin açılışı olmuşdur. Mərasimdən əvvəl iştirakçılar Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmişlər.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkilatçılığı ilə fevralın 19-da Səttar Bəhlulzadə adına sərgi salonunda "Azərbaycanın abidələri uşaqların gözü ilə" adlı uşaq incəsənət sərgisi açılmışdır.