
Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iyunun 8-də Prezident sarayında ölkəmizdə səfərdə olan Litva Respublikası Prezidentinin xanımı Alma Adamkiene ilə görüşmüşdür.

Ölkəmizdə səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, onun müavini Aleksandr Filatov, "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və konsernin bir qrup nümayəndəsi iyunun 2-də Heydər Əliyev Fondunda olmuşlar.

Ölkəmizdə səfərdə olan BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) icraçı direktoru xanım Noelin Heyzer mayın 26-da Heydər Əliyev Fondunda olmuşdur. Qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mayın 11-də Almaniyanın "Fresenius Medical Care" şirkətinin nümayəndəsini qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mayın 11-də Prezident sarayında ölkəmizdə səfərdə olan Koreya Respublikası Prezidentinin xanımı Kvon Yanq Suk ilə görüşmüşdür.

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva aprelin 25-də Bakıda səfərdə olan Dünya Səhiyyə Təşkilatının baş direktoru Li Yonq Vuk ilə görüşmüşdür.
MDB ölkələri Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri aprelin 11-də Heydər Əliyev Fondunda olmuşdur. Nümayəndə heyətinin üzvlərinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.